Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


16.01.2020  10:17 

Azərbaycanda sahibkarlar üçün yeni hüquq müəyyən edildi





A+  A-

Azərbaycanda turizm sənayesi işçiləri və sahibkarlarının hüquqları müəyyən edilib.
XəzərNews.az-ın məlumatına görə, bu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan, tövsiyə xarakterli "Turizm sənayesi nümayəndələrinin etik kodeksi"ndə öz əksini tapıb.

Sənədə əsasən, turizm və əlaqəli sahələrin işçiləri lazımi ilkin təlim keçmək və öz ixtisas dərəcəsini daim yüksəltmək hüququna malikdirlər və bunu etməyə borcludurlar. Bu kateqoriyadan olanlar layiqli sosial təminata malik olmalıdırlar, onların məşğulluğunun etibarlılığını maksimum yüksəltmək lazımdır. Sektorun mövsümi işçiləri üçün sosial müdafiə baxımından xüsusi status təklif olunmalıdır.

Kodeksdə bildirilir ki, zəruri qabiliyyət və ixtisasa malik bütün fiziki və hüquqi şəxslər qüvvədə olan milli qanunvericiliklər çərçivəsində turizm sahəsində peşəkar fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər:

"Sahibkar və investorlar, xüsusilə də kiçik və orta müəssisələri təmsil edənlər minimal hüquqi və inzibati məhdudiyyətlərlə turizm sektoruna sərbəst çıxışa malik olmalıdırlar.

Turizm sənayesinin beynəlxalq mübadilələrin inkişafı və dinamik yüksəlişi işində əvəzolunmaz həmrəylik amili olan çoxmilli şirkətlər bəzən tutmuş olduqları hakim mövqedən sui-istifadə etməməlidirlər".

Xəbər 3082 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +