Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


06.05.2017  13:34 

Mahmudovun əmisi oğlunun bahalı maşını - Fotolar





A+  A-

Ləğv edilmiş MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun adı “MTN işi”ndə bir çox epizodlarda hallanır.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna baxmayaq, V.Mahmudov istintaqa yalnız şahid qismində cəlb edilərək ifadəsi alınıb. Sabiq nazir köməkçisi ümumi olaraq qanunsuz işlərin heç birindən məlumatı olmadığını deyib. General ELçin Quliyevin cinayət işində isə V.Mahmudov özü ilə bağlı şəxsi məlumatları da açıqlayıb.

V.Mahmudov deyib ki, 1996-cı ildə İqtisad Universitetinin İqtisadiyyatın İdarəedilməsi fakültəsini, 2003-cü ildə isə Polis Akademiyasını bitirib. 1998-2013-cü illərdə Daxili İşlər nazirliyində mühasib işləyib. 2013-cü ildə isə Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında rəis müavini vəzifəsinə təyin olunub. Burada isə 2 il işləyə bilib. “MTN olayları”ndan sonra, 2015-ci ilin sonlarında vəzifəsindən çıxarılıb.

V.Mahmudov bildirib ki, onunla yanaşı, qardaşı Yaşar Mahmudov da təxminən eyni vaxtda MTN-nin Mühafizə Xidmətindəki bölmə rəisi vəzifəsindən kənarlaşdırılıb.

O sabiq nazir Eldar Mahmudovla qohumluq əlaqələrini təsdiqləyib. Qeyd edib ki, 1998-ci ildən eyni mobil nömrəni işlədir və 2011-ci ildən ağ rəngli 90 MM 009 dövlət nömrəli nişanlı “Nissan Patrol” markalı avtomobili idarə edir.



Xəbər 2718 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +