Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


06.05.2017  11:38 

Rus səfirin ölüm təlimatı oteldə verilib?





A+  A-

Türkiyədə sui-qəsdə məruz qalan Rusiya səfiri Andrey Karlovun qatili ilə bağlı yeni detallar ortaya çıxıb.
XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qatil Mövlud Mərd Altıntaş sui-qəsd əmrini hadisədən 1 ay əvvəl beş ulduzlu oteldə görüşdüyü “çox sevdiyim qardaşım” dediyi şəxsdən alıb. Aparılan istintaqa görə, Altıntaş noyabr ayının axırlarında otaq yoldaşı olan şəxsdən geyinmək üçün kostyum istəyib. Otaq yoldaşının ondan nə üçün kostyum istəməsinin səbəbini soruşunca isə, Altıntaş çox sevdiyi qardaşı ilə görüşə geyinəcəyini qeyd edib.

Bu detalın üzərində Prokurorluq əməkdaşları Altıntaşın hara getdiyini araşdırıb. FETÖ-cu qatil həmin gün sifariş etdiyi taksiylə bir alış-veriş mərkəzinə gedib. Daha sonra isə o, Çankaya civarındakı beş ulduzlu oteldə olub. Otelin girdikdən sonra isə onun telefonun siqnalı kəsilib.

Telefon axşam saatlarında yenidən aktivləşib. Prokurorluq Altıntaşın oteldə olarkən telefonun siqnal verməsini əngəlləmək üçün batareyanı çıxartdığını və həmin “sirli” görüşməni həyata keçirdiyini vurğulayır. Ancaq qatilin oteldə otaq sifariş etmədiyi anlaşılıb. Hazırda həmin tarixdə oteldə qonaq olanların siyahısı və kamera görüntüləri araşdırılır. Onun “abi” dediyi adamla otelin foyesində də görüşə biləcəyi iddiaların içində yer alıb.

Xəbər 2839 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +