Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


23.01.2025  17:53 

Qərbi Azərbaycan İcmasından Ermənistana cavab





A+  A-

Qərbi Azərbaycan İcması Ermənistanın irqçi siyasətini qınayaraq qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunmasını tələb edib.

İcmadan XəzərNews.az-a daxil olan bəyanatda bildirilib ki, Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-ci il yanvarın 23-də dərc etdiyi illik hesabatında Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasında verib.

"Etnik təmizləməyə məruz qalmış qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzularını təhlükəsizlik riski kimi təqdim etmək bu haqq işini təhrif etməyə xidmət edir və Ermənistanın multietnikliyi özünə təhdid kimi gördüyünü sübut edir. Ermənistanın bu yanaşması onun onilliklərdən bəri yürütdüyü irqçi siyasətinin davam etdiyini göstərir", - bəyanatda vurğulanıb.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayır və ondan qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunmasını tələb edib.

Xəbər 3444 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +