Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


24.07.2025  11:37 

Prezident Şavkat Mirziyoyevi təbrik edib





A+  A-

İyulun 24-də Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

XəzərNews.az xəbər verir ki, dövlətimizin başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.

Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Azərbaycan və Özbəkistan prezidentləri yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunublar. Bu xüsusda iyulun əvvəlində Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri çərçivəsində aparılmış səmərəli müzakirələr və imzalanmış sənədlər, həmçinin Özbəkistan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən Zirvə toplantısında iştirakı qeyd edilib.

Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında qardaşlıq, dostluq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə uğurlu inkişafına əminliklərini bildirib, ikitərəfli gündəliklə bağlı əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Xəbər 225 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +