Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


12.08.2020  08:51 

Dənizdə üzməyin faydaları





A+  A-

Yay mövsümündə insanların ən çox üz tutduğu məkanlardan biri dəniz və onun qumlu sahilləridir. Onların hər ikisi sağlamlıq üçün çox böyük əhəmiyyət daşıyır.
XəzərNews.az xəbər verir ki, dəniz suyunun tərkibi mikroelementlərlə zəngindir. Maqnezium immuniteti bərpa edir, kalsium sümükləri möhkəmləndirir, kalium qan təzyiqini normallaşdırır, brom sinirləri sakitləşdirir, yod orqanizmin mübadilə proseslərini qaydaya salır. Dənizdə üzmək damarların möhkəmlənməsi və əzələlərin rahatlaşmasına səbəb olur. Həkimlərin rəyinə görə, dəniz suyu dəri örtüyünün məsamələrinin təmizlənməsinə və dərinin cavanlaşmasına kömək edən ən yaxşı vasitədir. Dəniz suyu bir sıra xəstəliklər zamanı şəfaverici rol oynayır. Dənizdə çimdikdən sonra hematoma və göyərtilər itir, bədəndə olan cızıq və çapıqlar tez sağalır. Oynaq xəstəlikləri, səs tellərinin bərpası və bütün boğaz xəstəlikləri zamanı da dəniz suyu məsləhət görülür.

Qumla müalicə də təbabətdə çoxdan sınaqdan çıxarılan şəfa üsullarından biridir. Artroz, artrit, revmatizm, polimielit xəstəlikləri, habelə sinir sisteminin nevralgiya, nevrit, radikulit xəstəlikləri zamanı dəniz qumu əvəzsiz şəfa mənbəyi sayılır.



Xəbər 3214 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +