Bu ölkələrə yardım ediləcək -Donald Tramp
İran Prezidenti ABŞ-a səfər edəcək
CHP-də yenidən sədr seçilib
Prezident: Regionda inam və təhlükəsizlik əsas hədəfdir
Daha bir təyyarə təcili eniş etdi
Putinin diqqət çəkən AÇIQLAMASI -VİDEO
Məktəb qrant layihələrinə ayrılan milyonları kimlər mənimsəyir?
İstanbulda güclü yanğın baş verib
Azərbaycan hərbi tarixinə AĞIR İTKİ
Adnanın neft fırıldağında gizli şəbəkə və Rusiya amili - Sensasion detallar


10.10.2017  18:23 

Bakıda kirayə evlərin qiyməti qalxdı





A+  A-

“Ötən ayın yekunlarına görə kirayə mənzil bazarında 4,63 faiz qiymət artımı müşahidə edilib. İlin əvvəli ilə müqayisə etsək 0,21 faiz artım olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,1 faiz artım qeydə alınıb”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında “MBA” Consaltinq şirkətinin rəhbəri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, 2015-ci il və 2016-cı ilin birinci yarısında kirayə mənzil bazarında əhəmiyyətli dərəcədə qiymət azalması müşahidə edilib. “Həmin dövrlərdə kirayə mənzil bazarında ucuzlaşma 17-18 faiz olub. 2016-cı ilin sonlarında və 2017-ci ilin əvvəllərinə qiymətlər yenidən artmağa başlayıb.

Bu insanların ödəmə qabiliyyətlərinin yaxşılaşması və pilot layihələrin həyata keçirilməsi nəticəsindədir. Pilot layihələrdə binaları tikənlər öhdəlik götürür. 2 il ərzində mənzillə təmin edilməsi və bu müddətə qədər sakinlərin kirayə mənzillərdə yerləşdirilməsi pilot layihələri həyata keçirən icraçı təşkilatların üzərinə düşür. Bütün bunlar son nəticədə qiymətlərin stabilləşməsinə gətirib çıxarır.

N.İbrahimovun sözlərinə görə, avqust-sentyabr aylarında daha çox kirayə mənzillərinə görə tələbələr müraciət edib.

“Tələbələr adətən şəhərin 2-ci zonasına, qismən də 3-cü zonasını əhatə edir. Tələbələrin kirayə tutduqları mənzillər adətən metroların və təhsil ocaqlarının yaxınlığında olur. Onlar üçün mövsümü aylar əsasən avqust ayının 3-cü həftəsi, sentyabr və oktyabr ayları sayılır. Qalan aylar isə qeyri-mövsüm ayları sayılır”.

Ekspert deyib ki, iş adamları üçün mövsümü aylar sentyabr və yaz, yay ayları sayılır.

“Həmin dövrlərdə əsasən regiondan şəhərə işləməyə gəlirlər. Qış aylarını çıxmaqla pilot layihəsini həyata keçirən şirkətlər üçün mövsümü aydır. Əsasən yanvar və fevral ayları kirayə mənzil bazarı üçün qeyri-mövsümü aylar sayılır”.

Xəbər 3268 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib

21.09.2025  19:06 

Tərtərdə qandonduran HADİSƏ

20.09.2025  20:32 

Papoyan ABŞ-a səfər edəcək

20.09.2025  19:47 

Tovuzda kişi meyiti TAPILIB

20.09.2025  19:42 

Sabiq direktora HÖKM OXUNDU -FOTO

20.09.2025  19:32 

Goranboyda AİLƏ FACİƏSİ

20.09.2025  19:28 

Daha bir soydaşımız həlak oldu

20.09.2025  18:21 

“Formula 1“də daha biz qəza


BÜTÜN XƏBƏRLƏR +