Mehdiyevə çağırış olmayıb... - TƏBİB-dən açıqlama
Paşinyan Ermənistanı ABŞ-İran qarşıdurmasına hazırlayır?
Yusif Şirinli tutduğu vəzifədən azad olunub
Dron hücumları: Rusiyanın üç bölgəsi işıqsız qalıb
89 yaşlı qadın orduya 20 min qrivina bağışladı
Ramiz Mehdiyevin halı pisləşib
Ramiz Mehdiyevin hüquqlarını bu vəkil müdafiə edəcək
Ukrayna Saratovu dumana bürüdü
Mənə hədə-qorxu gəlirlər - Qarabağ əlili
İlham Əliyev bütün Qafqazın şərəfini qoruyub - Saakaşvili


13.05.2022  21:41 

“Üstümə böhtan atılıb, heç kim mənə pul verməyib“





A+  A-

Sosial şəbəkələrdə şəhid anasının evinin sökülməsi ilə bağlı görüntülər yayılıb. Buna cavab olaraq, Bakı şəhəri Sabunçu rayon icra başçısı Adil Vəliyev açıqlama verərək, həmin ərazidə qeyri-yaşayış obyekti tikildiyini və şəhid anasına Ramana qəsəbəsində daha əvvəl mənzil verildiyini bildirib.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya danışan şəhid anası Mehriban Abdurahmanlı həmin açıqlamadan narazı qaldığını deyib:

“Onlar deyirlər ki, Mehriban anaya bu evi tikmək üçün 1000 manat pul verilib. Mənim üstümə böhtan atılıb. Heç kim mənə pul verməyib. Mən oğlumun pulu ilə, qəpik-qəpik yığıb orada bir balaca yer düzəltmək istəyirdim. Prezident bizə ev verib. Buranı da həyət evi kimi düzəltmək istəyirdim".

Şəhid anası qeyd edib ki, sözügedən torpaq sahəsi ona hədiyyə edilib:

"Bu oğul anaya yaxşılıq elədi, torpağı verdi. Dünən isə bələdiyyədən evi sökmək üçün gəldilər ki, sökürük, tikintini dayandırın. Tikintini dayandırdıq. Bu gün səhər polislər, bələdiyyə işçiləri traktorla gəldilər. Əgər bu torpaq Abşeronundursa, Sabunçu Rayon İcra Hakimiyyəti niyə bizim evi dağıtmalıdır?"



Mehriban Abdurahmanlı sözügedən ərazidə yaşayan hamının evinin sənədsiz olduğunu bildirib:

"Prezident deyib ki, nə qədər evlər var, hamısı sənədləşəcək. Mən də gözləyirdim ki, qanun çıxan kimi sənədləşdirim. Mənim şərəf və ləyaqətimə toxunulub, üstümə böhtan atılıb. Qollarım gömgöydür, yerimdən tərpənə bilmirəm. Oğlu şəhid olmuş ananı sürüyərlər? İcra Hakimiyyətinin nümayəndələri, polislər - hamısından şikayətçiyəm".

Şəhid anası məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini deyib:

"Polisdən gəlib izahat alıblar. Məhkəməyə də müraciət edəcəyəm".

M.Abdurahmanlı qeyd edib ki, tikili məhkəmə qərarı olmadan sökülüb:

"Məhkəmədən bir kağız göstərib deyəydilər ki, ana, sənin evini uçururam. Mən də bu qərara baxardım, çəkilərdim bir kənara. Mənə heç bir sənəd göstərilmədi”.

Xəbər 9334 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək


BÜTÜN XƏBƏRLƏR +