Tramp Polşa prezidentinə məktub göndərib
“Qarabağ” Bakıya qayıdıb
Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanılıb
Bakıda İsrail və Suriya görüşü keçiriləcək
Məktəbə gedən ana və iki övladını maşın vurub
“Qarabağ” tarix yazdı
“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı


15.09.2025  14:31 

Tramp Rusiyanı “təcavüzkar” adlandırdı - İlk dəfə





A+  A-

ABŞ prezidenti Donald Tramp sentyabrın 14-də jurnalistlərə açıqlamasında Ukraynaya qarşı müharibədə Rusiyanın təcavüzkar olduğunu etiraf edib. Bu barədə Politico məlumat yayıb.

Nəşrin yazdığına görə, Trampın bu bəyanatı onun Moskvaya qarşı mövqeyini sərtləşdirməsinin göstəricisi hesab olunur.

“Fox News” telekanalı Trampın jurnalistlərlə söhbətinin videosunu X sosial şəbəkəsində dərc edib. Görüntülərdə prezident müharibədə hər iki tərəfin itkilərini şərh edərkən Rusiyanı “təcavüzkar” adlandırır:

“Bu həftə hər iki tərəfdən 8 min əsgər öldü. Rusiya tərəfində daha çox ölüb, ancaq siz təcavüzkar olanda itkilər daha böyük olur”, – Tramp bildirib.

Politico xatırladır ki, Tramp indiyədək Moskvanı açıq şəkildə qınamaqdan çəkinib. Bu ilin fevralında o, G7-nin Rusiyanı “təcavüzkar” kimi göstərən bəyanatına qarşı çıxıb. Həmçinin Tramp administrasiyası BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanı pisləyən qətnaməni rədd edib. Apreldə isə prezident müharibədə günahı Ukraynanın üzərinə atıb.

Məqaləyə görə, Trampın mövqeyindəki dəyişiklik yayda Vladimir Putinin sülh təşəbbüslərini rədd etməsi ilə əlaqələndirilir. Jurnalistlərin iddiasına görə, Kreml rəhbəri Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə birbaşa sülh danışıqları təşkil etmək cəhdlərinə mane olur.

Bununla yanaşı, Tramp tərəflər arasında vasitəçilik etmək məcburiyyətində qala biləcəyini də istisna etməyib:

“Zelenski və Putin bir-birlərinə o qədər nifrət edirlər ki, danışa bilmirlər”, – deyə o əlavə edib.

ABŞ prezidenti həmçinin Avropa ölkələrini Rusiyaya qarşı kifayət qədər təzyiq göstərməməkdə tənqid edib, xüsusilə də Moskvanın enerji resurslarının alınmasını vurğulayıb.

Xəbər 2031 dəfə oxunub.




17.09.2025  10:49 

“Qarabağ” Bakıya qayıdıb

17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı

16.09.2025  10:29 

Bakıda intihara cəhd olub


BÜTÜN XƏBƏRLƏR +