Ukrayna ordusu Xarkov vilayətini müdafiə edir -Zelenski
Ukrayna hərbi bədheybətə çevrilir: bu gün elan etdiyi silah... - Foto
İstanbulda bərə ilə yük gəmisi toqquşub: XƏSARƏT ALANLAR VAR
PUA zərbəsi: 43 nəfər öldü
Özbəkistandan Ukraynaya NOTA
Marneulidə azərbaycanlı yeniyetmə DÖYÜLDÜ -VİDEO
Ukraynada əhalinin sayı aşağı düşüb
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Ermənistan sürətlə inkişaf edir - AİB açıqladı
Tramp Ərdoğanla görüşəcək: TARİX AÇIQLANDI


18.09.2025  19:34 

Qumar oyunları təşkil edən şəbəkə ifşa olundu - ƏMƏLİYYAT





A+  A-

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası istiqamətində xüsusi əməliyyat keçirib.

XəzərNews.az xəbər verir ki, məlumatı DİN yayıb.

Məlumatda qeyd olunur ki, eyni anda paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə baş tutan tədbir zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar.

Araşdırmalarla müəyyən olunub ki, sosial şəbəkələrdə xüsusən, “Instagram”da bu şəxslər tərəfindən “TT”, “Admiral”, “Bir-iki”, “Gold” və s. müxtəlif adlar altında açılan səhifələrdə vətəndaşlar onlayn qumar oyunlarına cəlb ediliblər. N.Vəliyev və A.Əsgərli məsuliyyətdən yayınmaq məqsədi ilə onlayn qumar oyunlarının təşkili zamanı xarici ölkələrin mobil operatorlarına, eləcə də digər şəxslərin adına olan nömrələrdən istifadə ediblər. Onlar nəzarətlərində olan səhifələr vasitəsilə vətəndaşları ölkə hüdudlarından kənarda idarə olunan “Fast Loto365" və "CHCPlay" kimi qeyri-leqal saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.

Qeyd edilən saytların xaricdə yaşayan rəhbərləri ilə birbaşa cinayət əlaqəsinə girən dəstə başçıları ölkə ərazisində şəbəkə quraraq kirayə götürdükləri mənzillərdə bu qanunsuz fəaliyyəti təşkil ediblər. Dəstə üzvlərindən aşkar edilən 500-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə olunub.

Bundan əlavə məhkəmə qərarları əsasında onların ofis kimi istifadə etdikləri mənzillərə baxış zamanı 50-dən artıq yerli və xarici mobil nömrə, telefonlar, eləcə də digər elektron sübutlar aşkarlanıb. Şəbəkə üzvlərinin fəaliyyət göstərdikləri bu müddət ərzində dövriyyəsinin 10.000.000 manatdan artıq olduğu müəyyən edilib.

Qeyd edək ki, N.Vəliyev və A.Əsgərli qanunsuz qumar oyunlarından əldə etdikləri gəlirlərin bir qismini kriptovalyutaya çevirərək pul transferləri də həyata keçiriblər.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstəyə daxil olan digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.

Xəbər 2621 dəfə oxunub.




19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA

19.09.2025  22:44 

MTX-nin direktoru Bakıya gəldi

19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +