“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


28.08.2025  10:28 

Abşeronda bir ev 5 nəfərə satılıb





A+  A-

Abşeronda bir evin bir neçə şəxsə satıldığı iddia olunur.

XəzərNews.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, rayonun Hökməli qəsəbəsinin “At Yalı” yaşayış massivində sakinlərin ev alqı-satqısı ilə məşğul olan şəxs tərəfindən saxta sənədlərlə aldadıldığı bildirilir.

Zərərçəkmiş Hicran Heybətova deyib ki, evin qohumu Əfqan Məmmədovun adına rəsmiləşdirilməsi şərti ilə mənzil üçün pul ödəyib.

Onun sözlərinə görə, evi aldıqdan sonra içərisinə bəzi əşyalar yerləşdirib və təmir işlərinə başlayıb. Lakin sonradan həmin mənzilin həqiqi sahibi ortaya çıxaraq onları evə buraxmayıb. Məlum olub ki, Əfqan Məmmədovun adına verilən sənəd saxtadır:

“Ev axtarırdıq. Zaur İsayevə yaxınlaşdıq, “məndə ev var” dedi. Burada sənədsiz evlər çox idi. Mənə də demişdilər ki, 5-8 minə evlər var. Amma mən evi sənəd üzərində aldım. Bu sənəd də saxta çıxdı”.

İddialara görə, mənzili evlərin alqı-satqısı ilə məşğul olan Zaur İsayev adlı şəxs yalnız Əfqan Məmmədova deyil, daha dörd nəfərə də satıb.

İddialarla bağlı qarşı tərəfin, yəni Zaur İsayevin mövqeyini öyrənmək üçün onun ofisinə üz tutduqda isə o, çəkiliş aparıldığını görən kimi ərazidən uzaqlaşıb və heç bir açıqlama verməyib.

Qeyd edək ki, hazırda zərərçəkmişlərin şikayəti əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Daha ətraflı videomaterialda:



Xəbər 2865 dəfə oxunub.



16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +