Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


27.11.2023  23:12 

Əziz Orucov azyaşlı qızının gözü qarşısında aparılıb - Foto





A+  A-

Xəbər verdiyimiz kimi, “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov saxlanılıb.

Xəzərnews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolardan da göründüyü kimi, jurnalist Əziz Orucov azyaşlı qızının gözü qarşısında saxlanılaraq aparılıb.

Polis Əziz Orucovun yaşadığı evdə axtarış aparıb, onun saxlanma səbəbi hələlik məlum deyil.



Media eksperdi Ələsgər Məmmədli bildirib ki, bu gün Youtube`da 1 milyon 600 min izləyicisi olan Kanal 13-ün rəhbəri Əziz Orucov azyaşlı övladının önündə terrorçu kimi həbs olunub:

- Rəsmi ittiham hələ elan olunmasa da ailəsinə deyiblər ki, guya qanunsuz torpaq sahəsində ev tikir. Bakıda və ətrafında təxminən 500 min qanunsuz ev var. Amma məhz youtubda ən çox izləyicisi olan və ən uzun müddətdir yayımda olan və tənqidi fikirlərə yer verən bir media quruluşunun rəhbərinin "tikdiyi" ev cinayət təşkil edib.

İfadə azadlığına, media fəaliyyətinə bu qədər geniş basqı ciddi hüquq pozuntusudur. Bu komediyadan əl çəkin cənablar! Medianı rahat buraxın. Azad media olmasa azad ölkə olmaz!


Xəbər 2880 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +