Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


23.08.2023  17:55 

Nazirliyin 11 milyon manatlıq ev aldığı iş adamları kimdir?





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fərdi sahibkar Ağaməmmədova Xanım Şamil qızından 2 531 250 AZN dəyərində mənzil alır.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Xanım Ağaməmmədova nazirliyin Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub.

Xanım Ağaməmmədova barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Nazirlik eyni məqsədlə başqa bir fərdi sahibkar - Əlisoy Natiq Hüseyn oğlu ilə maliyyə dəyəri 8 149 930 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.

Natiq Əlisoy həm də "Gulay-Food” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət ötən ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin keçirdiyi tenderdə də qalib olub.

Xəbər 3560 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +