Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


03.06.2023  09:46 

Polis rəisi avtovağzalda pul yığır?.. - İddialara cavab





A+  A-

Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb.

XəzərNews.az xəbər verir ki, mətbuatın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, həmin şəxs polis orqanlarında xidmət edib və xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib.

Sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib.

Qanunsuz əməllərinə görə onun barəsində araşdırma başlanılıb. Buna görə o, barəsində aparılan icraatdan yayınmaq üçün sosial şəbəkələrdə əsassız, həqiqətə uyğun olmayan iddialar səsləndirir.

Qeyd edək ki, sosial şəbəkələrdə A.Kərimov Abşeron Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayevin qohumu kimi təqdim edilir və elə həmin vaxt onun əmri ilə orqandan xaric edilib.

Asim Kərimov sosial şəbəkələrdə yayılan videoda iddia edir ki, Binəqədi rayon polis idarəsinin rəisi İlqar Məmmədovun göstərişi ilə Bakı Beynəlxalq Avtovağzalının ərazisində sürücülərdən rüşvət toplanılır:

“2023-cü ilə qədər nöqsansız xidmət aparmışam. 2023-cü ildə Binəqədi rayon polis idarəsinin yeni təyin edilmiş rəisi İlqar Məmmədov mən məzuniyyətdə olan zaman, məni məzuniyyətdən geri çağırdı, bəzi vətəndaşlar vasitəsilə mənə şər-böhtan atıldı və məni xidmətdən xaric etdilər. Hal-hazırda Binəqədi rayon polis idarəsinin rəisi İlqar Məmmədovun göstərişi ilə İsmayılov Xəqani, Kələntərli Vurğun, Bərhud Əkrəm Avtovağzal ərazisində hər bir sprinterdən 35-40 AZN, vitalardan 15-20 AZN aralığında pul yığırlar”.

Xəbər 2892 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +