Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


15.09.2019  15:11 

Sabiq deputat dünyasını dəyişdi





A+  A-

Milli Məclisin keçmiş deputatı və komissiya sədri, bir sıra rayonlara rəhbərlik etmiş Soltan Məmmədov vəfat edib.
XəzərNews.az publika.az-a istinadən xəbər verir ki, 81 yaşlı S.Məmmədov ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Soltan Məmmədov 10 mart 1938-ci ildə Astara rayonunda anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetini, 1978-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. 1971-73-cü illərdə Astara şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1973-77-ci illərdə Astara rayon partiya komitəsinin katibi, 1977-1980-ci illərdə Astara rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1988-ci illərdə Lerik rayon partiya komitəsinin birinci katibi, 1988-1991-ci illərdə Astara rayon partiya komitəsinin birinci katibi, 1992-1995-ci illərdə isə Azərbaycan Respublikası Mənzil-komunnal Təsrrüfatı nazirinin birinci müavini vəzifələrində çalışıb.

REKLAM

www.grandhayat.az

Daha ətraflı

Üç çağırış Azərbaycan SSR Ali Sovetinin (1981-1985, 1985-1990-cı illər), Azərbaycan Respublikası Milli Şurasının üzvü, mənzil-komunnal daimi komisiyasının sədri olub, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-İran dostluq qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

Səmərəli fəaliyyətinə görə "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilib.

Allah rəhmət eləsin!

Xəbər 3140 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +