Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


04.04.2018  16:08 

Avtovağzalda partlamamış hərbi sursatlar tapıldı





A+  A-

Qazaxda avtovağzal ərazisində 4 ədəd partlamamış hərbi sursat aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) XəzərNews.az-a verilən məlumata görə, saat 12:40-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Qazax rayonu, Bakı küçəsi 28 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən avtovağzal ərazisinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd PQ-7 raketinin mühərrik hissəsi, 1 ədəd PQ-7 raketinin gücləndiricisi və 1 ədəd VOQ-25) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Xəbər 2841 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +