Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


16.01.2018  17:23 

Pensiyaçılara şad xəbər: Bu gün axşamdan...





A+  A-

"Artıq bu gündən respublikamızda yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlanıb. Axşam saatlarında və ya sabah səhər saatlarında vəsait hesablara oturacaq və Bakı şəhəri üzrə pensiyaçılar pensiyalarını ala biləcəklər".
XəzərNews.az bildirir ki, bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

O bildirib ki, yanvar ayının ilk günləri bayram günlərinə təsadüf etdiyindən pensiyaların Bakı şəhəri üzrə hesablara köçürülməsi bir neçə gün sonraya, yəni ayın 16-na təsadüf edib. Sonrakı mərhələdə maliyyələşdirmə, ötən aylarda olduğu kimi, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə aparılacaq.

E.Babayev qeyd edib: "Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ay ərzində pensiyaların ödənişi tam başa şatdırılacaqdır".​

Xəbər 3124 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +