Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


27.12.2017  15:21 

İtən alpinistlər ən təhlükəli marşrutla gediblər





A+  A-

“Mən yay aylarında həmin marşrut üzrə hərəkət etmişəm. Qışda həmin marşrutu getmək məqsədəuyğun deyil”
XəzərNews.az-ın məlumatına görə, bunu “Qafqazinfo”ya açıqlamasında təcrübəli alpinist Firuz Dadaşov həmkarlarının itkin düşməsindən danışarkən deyib. O bildirib ki, həmin marşrut xətti onların təcrübəsinə uyğun deyildi:

“Fəridə Cəbrayılzadənin dağlarda ümumiyyətlə təcrübəsi azdır. O cümlədən Babur Hüseynovun da. Aralarında Namin Bünyatov onlardan təcrübəlidir. Həmin istiqamətdə 3 zirvə var.

Ən hündürü “Tufan” zirvəsidir. Məsləhətçilərinin dediyinə görə, ən çətin xətt olan 3 B marşrutu üzrə hərəkət ediblər. Qışda ora gedən adam diqqətli olmalıdır. Birinci təhlükə qar uçqunun olmasıdır. Sonra o dağda çatlar və çox möhkəm buz qatı olur. Əgər lazımı ləvazimatlar yoxdursa o buzla getmək çətindir. Donvurma da ola bilər. Ora şimal tərəfdir. Gün şüalarının az düşdüyü yerdir.

Mən indi xaricdəyəm. Əgər orda olsaydım, axtarışlarda iştirak edərdim. Çünki o marşrutu yaxşı bilirəm”.

Xəbər 3230 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +