Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi


15.12.2017  18:23 

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi





A+  A-

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 dekabr 2017-ci il tarixindən 8 dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.
XəzərNews.az xəbər verir ki, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Energetika Nazirliyi və Dövlət Statistika Komitəsi) mərkəzi aparatında, tabeliyində olan qurumlarında və yerli təşkilatlarındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları sənədlərini 2017-ci il 15 dekabrdan 2018-ci il 4 yanvar saat 18:00-dək Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.

Ümumi müsahibəyə dair ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında (www.dim.gov.az) verilib.

Xəbər 3120 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +