Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


15.12.2017  14:49 

“Ordunu qeyri-peşəkara verdik ...“ - Deputat





A+  A-

Orduya ictimai nəzarət məsələsi haqda danışıldı. Nəzərə almaq lazımdır ki, Silahlı Qüvvələr Ali Baş Komandan qarşısında hesabat verir. Ali Baş komandan Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət edir.
XəzərNews.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanununun layihəsinin müzakirəsi zamanı çıxış edən Siyavuş Novruzov deyib.

Deputat əlavə edib ki, Silahlı Qüvvələrdə nəsə baş verəndə Ali Baş Komandan tədbirlər həyata keçirir:

“İndi QHT-ləri aparıb ona silah göstərəcəklər. Heç bilinmir onların silahdan başı çıxacaq və ya çıxmayacaq. Buna kifayət qədər təcrübəsi olan qrup lazımdır ki, gedib görsün ki, nə necədir. Amerikanı misal çəkirik. Bu başqa sistemdir. Bizdə müqvailə ilə xidmətə keçən az idi. İndi Ali Baş Komandan da tapşırıb ki, əsgər yemək bişirməməli, pol silməməlidir. Silahla məşğul olmalıdır. Bu baxımdan mülki və təsərrüfat işlərini görmək üçün mülki şəxslər cəlb edilir”.

S.Novruzov əlavə edib ki, Müdafiə Nazirliyinə mülki şəxsin rəhbərlik etməsi haqda da fikirlər səslənir: “Bir dəfə orduya mülki şəxs rəhbərlik etdi, riyaziyyatçını gətirib nazir qoydular. Nəticədə göz önündədir, nə qədər ərazimiz işğal edildi”.

Deputat xüsusilə qeyd edib ki, media ancaq Müdafiə Nazirliyinin rəsmi xəbərlərinə istinad etməlidirlər.

Xəbər 3305 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +