Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


03.08.2017  17:38 

Vəhşi quşları qanunsuz saxlayan şəxs cərimələndi





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanat aləminin mühafizəsi haqqında” qanunların tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reyd keçirilib.
XəzərNews.az xəbər verir ki, Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı “Sevinc” kafesində qəfəsdə 2 şahin və 1 qırqovul quşlarının saxlanıldığı aşkar edilib. Araşdırma zamanı quşların vəhşi təbiətdən qanunsuz götürülərək saxlanıldığı məlum olub. Faktla bağlı kafenin inzibatçısı Hafiz Behdiyev barəsində protokol tərtib edilib.
İnzibati xəta törətdiyinə görə H.Behdiyev 500 manat məbləğində cərimə olunub və quşlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quşlar baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Xəbər 2900 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +