Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


31.07.2017  10:59 

“Rəsul Çunayev yalan danışır” - Klubdan açıqlama





A+  A-

Azərbaycan millisinin güləşçisi Rəsul Çunayevin “Neftçi” İdman Klubundan uzaqlaşması barədə rəsmi açıqlama verilib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, “Neftçi” İK-nın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Elnur Əşrəfoğlu bildirib ki, Çunayev 2 min manat maaşını vaxtında alıb və klubdan maliyyə məsələsinə görə ayrılmayıb.

Onun sözlərinə görə, Rəsul sadəcə başqa komandadan daha yüksək məbləğdə təklif aldığı üçün oranı tərk edib:

“Rəsul Çunayev yalan danışır. Güləşçi 10 ildən çoxdur ki, çörəyini yediyi "Neftçi İdman Klubu" haqqında mətbuata yalan açıqlama verib. Guya ki, ona vəd edilən mükafat verilməyib və güləşçi klubu tərk edib. Əslində isə belə deyil. Hər ay "Neftçi"dən 2 min manat əmək haqqı alan Rəsul başqa klubdan bunun ikiqat artığını alacağını əsas gətirərək, öz xahişi ilə klubdan ayrılıb. Bu gün isə çıxıb brifinq edərək, klub haqqında yalan danışır. 15 ay haradan pul ala bilmədiyin barədə nəsə deyə bilmərəm, amma "Neftçi İdman Klubu" uşaq vaxtlarından bu günlərə kimi hər ay sənə müntəzəm olaraq maaş verib. Adam nankor olmaz, Rəsul!”

Xəbər 2811 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +