Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi


21.07.2017  17:23 

Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olunub





A+  A-

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi telekommunikasiya xidmətləri ilə təmin olunub.
XəzərNews.az AzərTac-a istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Cocuq Mərcanlıda Şahəddin Hüseynovun evində olub, ailəyə telefon aparatı, modem, noutbuk hədiyyə ediblər. Ailə telefon və internet abunə haqqından azad edilib.

Məlumat verilib ki, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kəndə 10 kilometr məsafədən optik kabel çəkilib, 64 nömrə tutumlu elektron Avtomat Telefon Stansiyası (ATS), kənd daxilində telefon kabellərin yeraltı çəkilişi üçün kabel-kanalizasiya qurğuları quraşdırılıb, 1200 metrədək məsafədə daxili şəbəkə qurulub. Cocuq Mərcanlıda inşa edilən 50 yeni evin hamısı, həmçinin məktəb telefonlaşdırılıb, internetlə təmin edilib.

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Suat Paşayev jurnalistlərə müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq yenidən qurulan Cocuq Mərcanlıda əhalinin dayanıqlı və fasiləsiz rabitə xidməti ilə təmin olunması işləri yekunlaşıb. Burada ən son texnologiyalardan istifadə olunub. Hələlik 50 ailə üçün nəzərdə tutulmuş ATS-in tutumu gələcəkdə tikiləcək evlərin sayına uyğun olaraq artırılacaq.

Xəbər 2978 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +