Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


27.05.2017  12:24 

XDMX hakerlərlə bağlı xəbərdarlıq etdi





A+  A-

Hakerlər subtitrlərin köməyi ilə kompüterə müdaxilə edə bilər.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, məşhur videopleyerlərdə məsafəli kod yerinə yetirməyə imkan verən mövcud boşluq aşkar olunub.

Videopleyerlər filmlər üçün subtitrli faylları yükləyirlər və təkmilləşdirirlər, bu da hakerlərə kodu yerinə yetirməyə və hücum edilən sistem üzərində nəzarəti əldə etməyə kömək edə bilər. “Check Point” şirkətinin ekspertləri bildirdikləri kimi, cinayətkarlar qurbanı öz pleyerində xüsusi şəkildə konfiqurə olunmuş faylı açmağa məcbur edə bilər və bununla da onun kompüteri üzərində nəzarəti ələ keçirə bilər.

Mövcud boşluqlar “Kodi”, “VLC”, “Popcorn Time” və “Stremio” kimi populyar videoyayım platformalarına toxunur.

““Check Point”in məlumatına görə, hazırda boşluğa məruz qalan proqram təminatını təxminən 200 mln. videopleyer və strimerlər istifadə edir. “VLC” və “Popcorn Time” da problem artıq düzəlib, “Kodi” və “Stremio” isə patç üzərində hələ də işləyir. Ekspertlər mövcud boşluqların olmasını yalnız yuxarıda adları çəkilən platformalarda testdən keçiriblər, lakin digər pleyerlərdə də onun mövcudluğunu istisna etmirlər. İstifadəçilərin əksəriyyəti subtitrləri məlumat saxlanan xüsusi yerdən alır, ora isə istənilən şəxs zərərverici faylı yükləyə bilər. Portallar subtitrləri cinayətkarların xeyrinə olan populyarlığa görə sıralayır”, - deyə məlumatda qeyd olunur.

Xəbər 3063 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +