Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


23.06.2025  10:34 

Doktoranturaya imtahan verənlər aksiya keçirəcəklər





A+  A-

Xəbər verdiyimiz kimi, iyunun 22-də keçirilən doktorantura və dissertantura səviyyəsi üzrə xarici dil imtahanı zamanı texniki problemlər yaranıb, bununla da iştirakçılar öz bilik və bacarıqlarını göstərə bilməyiblər.

İmtahandan narazı qalanlar Dövlət İmtahan Mərkəzindən nəticələrin ləğv edilməsini tələb edirlər. Bununla bağlı sosial şəbəkələrdə, whatsap qruplarında müzakirələr aparılıb.

Onlar iddia edirlər ki, DİM-in təşkil etdiyi imtahanın dinləmə (listening) blokunda səs sistemi demək olar ki, işləməyib. Bir çox imtahan mərkəzində səs çox küylü, anlaşılmaz şəkildə, 2x sürətilə təqdim olunub, nəticədə ümumiyyətlə, aydın olmayıb. Bu səsəbdən, iştirakçılar mətnin testlərini yazmaqda çətinlik çəkiblər. Buna fokuslanan imtahan verənlər digər bölmə tapşırıqlarını da edə bilməyiblər. Onların bildirdiyinə görə, imtahan həm də C1 səviyyəsinə uyğun təşkil olunub.

Buna görə də imtahan iştirakçıları nəticələrin ləğv olunmasını və imtahanın yenidən keçirilməsini tələb edirlər. Artıq bir qrup namizəd DİM qarşısında aksiya keçirməyə hazırlaşır. Bəziləri isə rəsmi müraciət edib.

Dövlət İmtahan Mərkəzi hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

Baş verənlərə münasibət öyrənmək üçün DİM-in mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan Bakupost.az-a bildirdilər ki, günün birinci yarısında
məsələ ilə bağlı açıqlama veriləcək.

Xəbər 948 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +