Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi


08.04.2024  17:42 

“3000 manatlıq telefon işlədir, amma ona-buna “vızov” atır” 





A+  A-

“Hər bir insan səliqəli geyinməli və öz təmizliyinin qeydinə qalmalıdır. Hesab edirəm ki, bunda hər hansı bir qəbahət yoxdur. Amma insan öz büdcəsinə uyğun geyinməlidir". 

Xəzərnews.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Jurnalist təəssüflə qeyd edib ki, ölkəmizdə bunun əksini müşahidə edirlir: "Elə adamlar var ki, onun geyimi, işlətdiyi telefon qazancına adekvat deyil. Heç kim inana bilməz ki, bu cür az maaş alan adam bu qədər bahalı telefon işlədir, yaxud bu qədər bahalı geyimlərə meyl edir. Adam tanıyıram ki, 3000 manatlıq telefon işlədir. Amma heç vaxt onun balansında 3 manatlıq konturu olmayıb. Həmin adamın hələ kiməsə bir dəfə zəng etdiyinin şahidi olmamışam. İşi ona-buna “vızov” atmaqdır. Halbuki normal telefon işlədib onu daim konturla təmin etmək daha məqsədəuyğun və ağıllı addım olardı".

Seymur Verdizadə qeyd edib ki, geyimlə bağlı da cəmiyyətimizdə problem var. Bəzi insanlar marka geyimlərə müraciət edirlər: "Əgər adamın imkanı varsa, qazancı yüksəkdirsə niyə də geyinməsin? Amma vacib olan ehtiyaclarını ödəməyib, normal qidalanmayıb bahalı geyimlər geyinmək məncə doğru yol deyil. Hesab edirəm ki bu insanın özünü göstərmək cəhdidir. Uzun illər əvvəl mən uşaq olanda məşhur bir deyim vardı. Bilmirəm onu olduğu kimi burada səsləndirmək nə dərəcədə doğrudur. Rəhmətlik nənəm deyirdi ki, “Donum parıldar, qarnım curuldar”. İndi biz bunun şahidi oluruq. Elə insanlar var ki, onların ancaq donu yaxud kostyumu parıldayır. Amma həm qidalanma, həm də mənəvi baxımdan bu insanlar kasaddırlar.

Marka köynəklər, ayaqqabılar geyinən adamların çoxu kitab mağazalarının yolunu tanımır. Həmin adamların arasında elələri var ki, bir dəfə kinoteatrda olmayıb, bir dəfə sərgi salonuna getməyib, bir dəfə öz intellektual səviyyəsini qaldırmağın qeydinə qalmayıb. Bu onu göstərir ki, bütün bunlar görüntü məqsədi ilədir. Yəni kimlərəsə xoş görünmək üçün bu addımları atırlar. Mənə elə gəlir ki, insan olduğu kimi görünməlidir. Qazancı nəyə çatırsa onu geyinməli, onu da yeməlidir, qeyri-səmimiliyə ehtiyac yoxdur”.

Xəbər 4037 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +