Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


23.06.2025  17:22 

İran nüvə obyektini nə zaman boşaldıb?





A+  A-

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp sosial mediada İranın bütün nüvə obyektlərinin məhv edildiyini iddia edib.

XəzərNews.az "THE Wall Street" jurnalına istinadən xəbər verir ki, İran dövlət televiziyası rəhbərinin müavini Hasan Abedini ölkə rəhbərliyinin üç nüvə obyektinin hücumdan əvvəl təxliyə etdiyini açıqlayıb.

“Zənginləşdirilmiş uran ehtiyatları nüvə mərkəzlərindən çıxarılıb və orada zərbəyə məruz qaldıqda radiasiya yaradacaq, soydaşlarımıza zərər vura biləcək heç bir material qalmayıb”, - deyə Abedini vurğulayıb.

İran parlamentinin sədrinin müşaviri Mehdi Məhəmmədi isə qeyd edib ki, İran Fordo nüvə obyektinə hücumu gözləyib, buna görə də, obyekt əvvəldən təxliyə edilib.

Bununla yanaşı, peyk kəşfiyyatı ilə məşğul olan “Maxar” şirkəti isə qeyd edib ki, ABŞ hücumlarından iki gün əvvəl Fordo zavodu yaxınlığında yük avtomobillərinin və nəqliyyat vasitələrinin qeyri-adi fəallığı müşahidə edilib. Vurğulanıb ki, bu da obyektdən yüksək zəənginləşdirilmiş uranın çıxarılmasından xəbər verir.

Xəbər 601 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +