Ukrayna Krıma zərbə endirdi: 3 ölü, 16 yaralı
QHT Agentliyi qrant müsabiqəsi elan etdi
Bir ev, bir ailə — dörd şübhəli - Oğuzda əməliyyat
“Alkagesta”nın arxasındakı gizli əl Adnan Əhmədzadə olub?
Həmkəndlisini döyə-döyə öldürüb
Bu ölkələrə yardım ediləcək -Donald Tramp
İran Prezidenti ABŞ-a səfər edəcək
CHP-də yenidən sədr seçilib
Prezident: Regionda inam və təhlükəsizlik əsas hədəfdir
Daha bir təyyarə təcili eniş etdi


27.05.2023  09:55 

Zəngəzurda hərbi qulluqçularımıza qarşı terror?





A+  A-

Ermənistan dövlət sərhədinin Zəngilan istiqamətinə təxribat-diversiya qrupu göndərib, sərhədçilərimiz tərəfindən təxribatın qarşısı alınıb, 2 erməni hərbçi saxlanılıb.

İrəvan uzun müddət sonra təxribat fəaliyyətini açıq müstəviyə keçirir və bunun həm hərbi, həm də siyasi hədəfləri var:

Hərbi hədəf: diversiya qrupunun tapşırıq icra etmək üçün gəldiyi aydındır;

- Ordumuzun işğaldan azad edilmiş ərazilərdə mövqeləri ilə bağlı kəşfiyyat məlumatları toplamaq: bu, mümkün təxribat hücumunda Ermənistanın zərbə endirmək planının tərkib hissəsidir;

- Hərbi qulluqçularımıza, yaxud hərbi strukturlara qarşı terror hücumunun təşkil edilməsi.

Siyasi hədəf: Ermənistan danışıqlar prosesini pozmaq, sülh gündəmini arxa plana keçirmək istəyir; təxribatın Moskva görüşündən sonra, Kişinyov görüşündən öncə olması da buna hesablanıb;

- İrəvan Fransanın iştirak edəcəyi Kişinyov görüşünə böyük ümidlər bəsləyirdi, lakin buna qədər Brüssel və Moskvada oyunun dəyişdiyi, Ermənistanın Qarabağ və kommunikasiyaların açılması məsələsindəki mövqelərinin zəiflədiyi müşahidə edilir;

- 1 iyunda sülh sazişinin imzalana biləcəyini Paşinyan hələ Vaşinqton görüşündən dərhal sonra elan etmişdi, lakin Kişinyov görüşünə bir neçə gün qalmış ritorika dəyişdi; sülh sazişinin imzalana biləcəyini bu dəfə rəsmi Bakı deyir, rəsmi İrəvan təkzib edir, bu dəyişiklik Ermənistanın Kişinyov planının baş tutmayacağını anladığını da göstər;

- Və belə bir situasiyada təxribat-diversiya qrupunun göndərilməsi hərbi eskalasiyanı körükləyəcək, masadakı müzakirələri ikinci plana keçirəcək gedişinin edilməsidir.

Diversiya qrupunun Zəngilan istiqamətində - Zəngəzur dəhlizinin olduğu bölgəyə hücum etməsi təsadüfi deyil və bunun Moskva görüşündən sonra baş verməsi müəyyən ehtimalları da önə çıxarır.

Moskvada əsas müzakirə mövzusu kommunikasiyanın açılması, bu prosesdə maneə kimi görünən Zəngəzur dəhlizi məsələsi idi. Görüş haqqındakı yazımızda da qeyd etmişdik: dəhlizlə bağlı Ermənistanın önünə müəyyən sənədlərin qoyulduğu və bunun “dəhliz terminologiyası”ndan imtina edilməsi qarşılığında “maneəsiz keçid”in yollarının tapılmasından ibarət olduğu istisna deyil; İşçi qrupunun gələn həftə keçiriləcək görüşündə detallar müzakirə olunacaq.

Ermənistanın təxribata əl atması Zəngəzur dəhlizi ilə bağlı müzakirə mərhələsində olan sənədi gündəlikdən çıxarmağa hesablana bilər. Və mümkündür ki, diversiya qrupunun əsas tapşırığı dəhlizin Azərbaycan tərəfdə inşa edilən hissəsində təxribatlar törətmək, sahədə işi, masada siyasi prosesləri dayandırmaq olub.

Asif Nərimanlı



Xəbər 3125 dəfə oxunub.




21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib

21.09.2025  19:06 

Tərtərdə qandonduran HADİSƏ

20.09.2025  20:32 

Papoyan ABŞ-a səfər edəcək

20.09.2025  19:47 

Tovuzda kişi meyiti TAPILIB

20.09.2025  19:42 

Sabiq direktora HÖKM OXUNDU -FOTO


BÜTÜN XƏBƏRLƏR +