Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


07.06.2022  19:22 

Məhkəmə katibini döyən polis işdən çıxarıldı





A+  A-

İyunun 4-də Kürdəmir rayonunda keçirilən toy mərasimlərindən birində rayon məhkəməsinin katibi Yaşar Cəbiyevlə rayon polis şöbəsinin əməkdaşı, polis kapitanı Vüsal Kərimov arasında münaqişə baş verib.

XəzərNews.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu məsələ dərhal DİN tərəfindən nəzarətə götürülməklə xidməti yoxlamalara başlanılıb:

“Polis kapitanı V.Kərimov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb. Hazırda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, hadisə rayondakı “Nicat Plaza” şadlıq sarayında qeydə alınıb. Belə ki, toy mərasiminin sonuna yaxın orada qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və dava-dalaş düşüb. Bu zaman V.Kərimov məhkəmə katibini vuraraq ona xəsarətlər yetirib.

Xəbər 3410 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +