Zelenski Ukraynada seçkilərdən danışıb
Rusiya ordusu Xersonu vurdu
Sabah hava necə olacaq?
Məşhur kosmetika mağazasında ƏDV fırıldağı
FTX məxfi sənədlər daşıyan azərbaycanlını sərhəddə saxladı
Yoxlanışa gələn hamilə Perinatal Mərkəzdə ölüb
Hüseyn Həsənovun Rusiyadakı şirkəti ləğv olundu
Bu ərazilər Azərbaycana qaytarılacaq – Paşinyan
Sumqayıtda silahlı insident yaşanıb
Rusiya Ukraynaya kütləvi aviazərbələr endirib


01.12.2023  10:35 

Tikinti şirkəti vətəndaşı belə aldadır, dövlət isə susur — VİDEO





A+  A-

“Baku TV” qaynar xəttinə müraciət edən bir qrup sakin ödəniş edərək mənzil aldıqlarını, lakin onlara şirkət tərəfindən ödəniş çekinin verilmədiyini bildiriblər.

Şikayətçilərin sözlərinə, şirkət onlara portalın olmadığını, problem həll olunan kimi məlumat veriləcəyini deyib.

Amma bir müddət sonra yenidən məsələ ilə bağlı müraciət edildikdə isə bildirilib ki, 90 gün keçib, artıq gecdir.

Şikayətçi bildirib ki, dəfələrlə mənzili aldığı gündən satış meneceri ilə əlaqə saxlayıb, banka yaxınlaşıb:

“Mənə bu iş üzrə danışıqlar getdiyini, Vergilər Nazirliyi ilə işlərin aparıldığı deyilib. Nəticədə təxminən beş ay sonra bu işlə bağlı yenidən müraciət etdikdə satış ofisindən mənə deyildi ki, siz gecikmisiniz, Vergilər Nazirliyinə yaxınlaşın. Orada isə mənə söylədilər ki, siz 90 günü ötürmüsünüz. Bu sizə aid deyil”.

Şirkətdən isə bildirilib ki, alıcılar 90 gündən gec olmayaraq portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və müvafiq sənədləri göndərməli idilər.

Əfsuslar olsun ki, alıcıların əksəriyyəti sənədlərin göndərilməsində gecikmələrə yol verib. Şirkətin satış şöbəsinin əməkdaşı deyir ki, müvafiq qaydalara uyğun olaraq məsələ araşdırılacaq.

Qeyd edək ki, bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı müvafiq portal 21 noyabr 2022-ci ildən istifadəyə verilib.

Ətraflı Baku TV-nin süjetində:



Xəbər 3385 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2025  13:51 

Rusiya ordusu Xersonu vurdu

21.08.2025  13:26 

Sabah hava necə olacaq?

21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi

21.08.2025  10:39 

Bu ərazidə işıq olmayacaq

20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı


BÜTÜN XƏBƏRLƏR +