Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


30.12.2019  10:05 

Bir gündə 2 nəfər itkin düşdü





A+  A-

Bakıda 28 yaşlı oğlan və 24 yaşlı qız itkin düşüb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Nəsimi rayonunda yaşayan Məftun Hüseynov dekabrın 28-də “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yaşadığı evdən çıxaraq gedib, bir daha geri qayıtmayıb.

M.Hüseynovun anası Tovuz Cəfərova saytımıza açıqlamasında bildirib ki, oğlunun psixoloji problemləri var: “Hərbi xidmətə getmədən öncə normal idi, gələndən 4-5 gün sonra kriz keçirdi və əsəbləri korlandı. O gündən bəri illərdir onu müalicə etdirirəm. Mən də, bacısı da həmin gün işdəydik. Məftunun dostu, tanışı yox idi. Evdən çölə çıxmırdı, dərmanlarını da özü içirdi. Qonşu evdən çıxıb gedəndə görüb. Sonuncu dəfə isə təhlükəsizlik kameralarına düşüb. Həmin gün günorta 3-4 arası yaxınlıqdakı marketə girərək günəbaxan tumu, qazlı içki alaraq çıxıb. Polislər hələ də axtarırlar. Xahiş edirəm, oğlumu tapmaqda mənə kömək edin”.

O, evdən çıxarkən əynində qara rəngdə idman ayaqqabısı, idman şalvarı və üzərində ağ xətləri olan qara köynək olub. M.Hüseynovu görənlərdən 055 407 06 69 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Həmin gün Binəqədi rayonunda yaşayan 78 yaşlı R.Hidayətov da 7-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 24 yaşlı qızı Gülnaz dekabrın 28-i səhər saatlarında evdən çıxaraq gedib, bir daha geri qayıtmayıb.

Axtarışlar davam etdirilir.

Xəbər 3105 dəfə oxunub.



20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +