Ukrayna ordusu Dobropol istiqamətində irəliləyir
Tramp Rusiyanı “təcavüzkar” adlandırdı - İlk dəfə
Sabahın havası: Bakıda buludlu, rayonlarda yağış olacaq
Deputat rektorları tənqid etdi
Azərbaycanın ərazi bütövlüyünü tanıdım ki...-Paşinyan etiraf etdi
TƏBİB-in sistemi çöküb -FOTOLAR
Məhəmməd Mirzəliyə hökm oxundu
İstintaq müddətində ölkəni tərk edib?
Qərbi Azərbaycan İcması (TV) nə demək istəyir?
Müdafiə Nazirliyindən əhaliyə çağırış


18.06.2025  16:56 

Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş





A+  A-

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi “Mərcan” klinikasında ölüm faktından sonra aparılmış plandankənar yoxlamanın nəticələrini açıqlayıb.

XəzərNews.az xəbər verir ki, nazirliyin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzində işçi qrup yaradılıb və “Mərcan” klinikasında plandankənar yoxlama həyata keçirilib.

Mərkəzdən bildirilib ki, daha əvvəl keçirilmiş yoxlamalar zamanı aşkar olunmuş qanun pozuntuları səbəbindən “Mərcan” klinikasının cərrahiyyə əməliyyatları aparmaq hüququ dayandırılıb, yəni lisenziyasının fəaliyyəti məhdudlaşdırılıb. Lakin buna baxmayaraq, plandankənar yoxlama zamanı klinikada cərrahiyyə əməliyyatlarının icrasının davam etdirildiyi müəyyən edilib.

Aşkarlanmış faktla bağlı Analitik Ekspertiza Mərkəzi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə hüquqi tədbirlərin görülməsi üçün təqdim olunub.

İXM-in 215.1-ci maddəsinə əsasən, lisenziyada nəzərdə tutulmayan tibb fəaliyyətinin həyata keçirilməsinə görə:

– fiziki şəxslər 300 manatdan 500 manatadək,

– vəzifəli şəxslər 800 manatdan 1000 manatadək,

– hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilə bilər.

Bundan əlavə, yoxlama zamanı həkim Nigar Məhəmmədovanın müvafiq sertifikasiyadan keçmədən plastik cərrah fəaliyyəti göstərdiyi faktı da aşkar edilib. Bu fakta görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib olunub və müvafiq orqanlara təqdim edilib.

İXM-in 215.4-cü maddəsinə əsasən, sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına görə:

– vəzifəli şəxslər 800 manatdan 1000 manatadək,

– hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilə bilər.

Məlumatda qeyd olunub ki, həmin ölüm faktı hüquq-mühafizə orqanlarının araşdırma səlahiyyətindədir və bu məsələ müvafiq qaydada həmin qurumlar tərəfindən araşdırılır.

Qeyd edək ki, Rusiya vətəndaşı olan 37 yaşlı Arzu Sadıqova “Mərcan” klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.

Bu barədə ilk məlumatı Teleqraf.com yayıb.

Xəbər 2204 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.09.2025  14:09 

Deputat rektorları tənqid etdi

15.09.2025  12:50 

TƏBİB-in sistemi çöküb -FOTOLAR

15.09.2025  12:47 

Məhəmməd Mirzəliyə hökm oxundu

15.09.2025  12:37 

Milli Məclisdə iclas keçirilir

15.09.2025  11:14 

Fərid Qayıbov yola salınır?

14.09.2025  21:49 

İndoneziyada güclü zəlzələ

14.09.2025  20:59 

Bu ölkədən Polşaya dəstək

14.09.2025  18:35 

Gəncədə bıçaqlanma hadisəsi

14.09.2025  17:26 

Faktiki hava açıqlandı

14.09.2025  17:06 

ABŞ Cənubi Koreyadan üzr istədi

14.09.2025  17:04 

Prezident Şuşakənddə


BÜTÜN XƏBƏRLƏR +