İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


02.08.2023  18:17 

Məktəbdə 100 min manatdan çox yeyinti aşkarlandı





A+  A-

Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin ayrı-ayrı vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

XəzərNews.az Sumqayıt şəhər prokurorluğuna istinadla xəbər verir ki, araşdırma zamanı təhsil müəssisəsində 2019-2022-ci illərdə ölkə hüdudlarından kənarda olduqları vaxtda müəllimlərin dərs saatları tədris etməsi və faktiki tədris edilməyən dərnək məşğələlərin keçirilməsinə dair rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, müvafiq laboratoriyalar mövcud olmadığı halda laborant vəzifəsinə ayrı-ayrı şəxslərin işə götürüb əmək haqqı verilməsi yol ilə dövlət büdcəsindən ayrılmış 27 min 860 manat vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla, həmçinin, Sumqayıt şəhər Təhsil Şöbəsi və 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi, onun bazasında yaradılmış Abşeron-Xızı Regional Təhsil İdarəsinin ayrı-ayrı vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində dövlət tərəfindən məktəbə verilən 103 min 130 manat dəyərində inventar avadanlıq və mal-materialların məktəbin vəzifəli şəxsləri tərəfindən mənimsənilməsi və israf olunmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xəbər 2788 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +