Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


21.09.2018  16:54 

Sıxlıq yaranan məktəblə bağlı AÇIQLAMA





A+  A-

Bakı Şəhəri üzrə Təhsil İdarəsi sıxlıq yaranan məktəblə bağlı açıqlama yayıb.
XəzərNews.az-a daxil olan məlumata görə, Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində yeni inşa olunmuş 960 şagird yerlik 28 nömrəli tam orta məktəbin fəaliyyətinin təşkili ilə bağlı müvafiq tədbirlər görülüb.

İlk növbədə, məktəbin şagird kontingentinə uyğun olaraq, siniflərin komplektləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirilib və təhsil müəssisəsinin ehtiyac olan müvafiq kadrlarla təmin olunması təşkil edilib.

Öncə məktəbdə ərazi üzrə yaşayan uşaqların qeydiyyatı aparılıb. Müraciətlərin kifayət qədər çox olması baxımından məktəbdə yeni siniflərin komplektləşdirilməsi prosesi davam edir və tədrisin ikinövbəli təşkil olunması nəzərdə tutulur.

Ərazidə yaşayan bütün məktəbyaşlı uşaqların icbari təhsilinin təmin olunması üçün təhsil müəssisəsində hər cür şərait mövcuddur və tədris prosesinin normal şəkildə təşkili üçün bütün zəruri addımlar atılır.

Qeyd edək ki, sentyabrın 14-də ölkə Prezidenti İlham Əliyev Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib.

Xəbər 3398 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +