Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


19.04.2017  11:14 

Böhtan və təhqirə görə cərimələr kəskin artırılır





A+  A-

Azərbaycanda böhtana görə cərimənin son həddi üç dəfə, təhqirə görə cərimənin son həddi artırılır.
Bununla bağlı Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə dəyişikliklər təklif edilir.

Dəyişikliyə əsasən, 147-ci maddənin birinci bəndinin (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) sanksiyasında “100 manatdan 500 manata qədər” cərimələr “1000 manatdan 1500 manata qədər” cərimələri ilə əvəzləndirilir.

148-ci maddənin sanksiyasında isə “300 manatdan 1000 manata qədər” cərimələrin isə “1000 manatdan 1500 manata qədər” cərimələr ilə əvəzlənməsi təklif olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.

(apa.az)

Xəbər 3816 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +