Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


13.04.2017  11:29 

Sosial mənzil almaq istəyənlər tələsməlidir





A+  A-

Sosial mənzillərə sahib olmaq istəyənlər mayın 1-dən başlayaraq elektron müraciət edə biləcəklər.
XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert Vüqar Bayramov bildirib ki, təklif ediləcək ilk sosial evlərə güzəştli ipoteka almaq hüququ olan gənc ailələr sahib ola biləcək: “ Bunlar şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olanlardır. Eyni zamanda, elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər də bu imkandan yararlana biləcəklər. Gənc ailə üçün yaş həddi 35-dir.

Sosial mənzillər bir, iki və üç otaqlı olmaqla inşa edilir. Bizim qiymətləndirmələrimizə görə, 1 otaqlı mənzil üçün aylıq ödəniş təxminən 180 manat, 2 otaqlılar üçün 240 manat, 3 otaqlılar üçün isə 360 manat olacaq. İlkin ödəniş 10 faiz olacaq. Bu o deməkdir ki, əgər mənzilin qiyməti 50 min manatdırsa, o zaman 5 min manat ilkin ödəniş lazım olacaq.

Sosial mənzil almaq üçün müraciətlərin sayının çox olacağı nəzərə aldıqda qeydiyyat başladıqdan sonra daha tez müraciət etməyiniz məqsədəuyğundur. Çünki mənzillərin sayı məhdud, müraciət isə çox olacaq. Buna görə, ilkin müraciət edənlərə üstünlük veriləcəyi gözlənilir. Yasamalda inşa edilən sosial binalarda təxminən 1900 mənzilin istifadəyə veriləcəyi gözlənilir”.

Xəbər 3290 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +