Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


01.07.2022  10:26 

İntihar edən həkimlə bağlı... - Gizli səs yazıları





A+  A-

Tanınmış ginekoloq-həkim Xalidə Kəngərli iyunun 28-də özünü Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən mənzilinin eyvanından atıb (11-ci mərtəbə). 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar həkimin pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.

TV Müsavatın əməkdaşları da mövzunu araşdırmaq üçün hadisə yerində olub, faktları öyrənməyə çalışıblar.

Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.

Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemlərinin olduğu və bu səbəbdən uzun müddətdir qapalı mühitdə qaldığı iddia edilsə də, həmin iddiaların əsassız olduğu bildirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov isə həkimin həyat yoldaşı Rüfət Kəngərlinin Komitənin əməkdaşı olduğunu deyib:

“O, Bakı Baş Gömrük İdarəsində gömrük xidməti mayorudur. Gömrük inspektoru kimi çalışır”.

Eyni zamanda ətrafda yaşayan sakinlər mərhumun yoldaşı R.Kəngərlinin sakit biri olduğunu, səmimi şəkildə hər kəslə görüşdüyünü, hətta bəzən balıq tutmağa getdiyini də söyləyiblər.

Bəzi sakinlər isə cütlüyün boşanma qərarını aldığını və bu səbəbdən aralarında son zamanlar münaqişələrin çoxaldığını bildiriblər. Hadisənin də bu səbəbdən qaynaqlandığı iddia edilir.

Adının çəkilməsini istəməyən qonşular intiharla bağlı bir sıra maraqlı məqamlardan danışıblar.

Sözügedən video-reportajı təqdim edirik:



Xəbər 2970 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +