Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


03.03.2019  10:17 

Milli parklarda uşaqlar üçün guşələr yaradılacaq





A+  A-

Bu il milli parklarda uşaqlar üçün “Təbiəti dərk et-əylən” tipli guşələr yaradılacaq. Həmin guşələrdə uşaqlar üçün interaktiv, məntiqi, müxtəlif məzmunlu təbiətə aid oyunların keçirilməsi nəzərdə tutulub.
XəzərNews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, məqsəd gənc nəslin, uşaqların milli park ərazilərində vaxtlarını daha səmərəli və maraqlı keçirmələrinə və təbiətlə bağlı daha çox məlumat əldə etmələrinə nail olmaqdır:

“Qızılağac Milli Parkında artıq belə guşələr mövcuddur. Bundan əlavə, milli parklara gələn turistlərin qida və su ehtiyacının qarşılanması üçün də xüsusi yerlərin ayrılması nəzərdə tutulub. Belə ki, həmin yerlərdə turistlərə fast-fudlar və su veriləcək.

Azərbaycanda turistlər ən çox Göygöl Milli Parkına maraq göstərirlər. Həmin milli park yeni açılanda bir turizm mövsümü ərzində oranı 180-200 min nəfər ziyarət edib. Lakin digər milli parkların da imkanları Göygöl Milli Parkından geri qalmır və onlara da maraq getdikcə artır”.

Departament direktoru qoruqlarda vəhşi təbiətin müşahidəsi üçün infrastrukturun quraşdırılacağını və işlərin yaya qədər yekunlaşacağını bildirib:

“Bu zaman turistlər qoruqlara daxil olmadan xüsusi müşahidə məntəqələri vasitəsilə həmin qoruğun bitki və heyvanat aləmi ilə tanış ola biləcəklər. Lakin bu, bütün qoruqlarda mümkün olmayacaq”.

O, yasaqlıqların mülkiyyətinin nazirlikdə olmadığını, lakin həmin ərazilərin də bitki və heyvanat aləminin mühafizəsinə nəzarət etdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, 3 mart - Dünya Vəhşi Təbiət Günü ilə əlaqədar milli parklarda “açıq qapı” günü elan olunub. Bu gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azaddırlar. “Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək.

Xəbər 2749 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +