Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


04.08.2018  15:18 

Nazirlik xəbərdarlıq yaydı





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi dövlət sosial sığorta haqqı üzrə fərdi uçot sistemində sığortaolunanlar haqqında məlumatların təqdim olunmamasına görə xəbərdarlıq yayıb.
XəzərNews.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

“Ölkədə 2006-cı ildən sığorta-pensiya sisteminin əsası olan fərdi uçot sistemi fəaliyyət göstərməkdədir. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na uyğun olaraq sığortaedən hər il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödədiyi məcburi dövlət sosial sığorta haqqı məbləğlərini əks etdirən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (2006-2016-cı illər üzrə), həmçinin 1 aprel 2017-ci il tarixdən tətbiq olunmuş fərdi uçot əsaslı vahid rüblük hesabatlarını təqdim edərkən ödənilmiş vəsaitin işçiləri arasında konkret adlı siyahı üzrə düzgün bölgüsünü aparmağa da borcludur.

“Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqları əsasında pensiya məbləğləri müəyyənləşdirilir. Lakin Dövlət Sosial Müdafiə Fondu tərəfindən qanunamüvafiq tədbirlərin görülməsinə baxmayaraq bugünədək bəzi sığortaedənlər tərəfindən hesabatlar tam təqdim olunmayıb. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə fərdi şəxsi hesablarda məbləğləri tam əks olunmayan sığortaolunanlar tərəfindən haqlı şikayətlər daxil olur.

Hesabatların vaxtında, düzgün və tam təqdim olunması üçün sığortaedənlər tərəfindən lazımi işlərin həyata keçirilməsi zəruridir.

Qeyd olunan nöqsanların qısa müddətdə aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 477-ci maddəsinə müvafiq olaraq cərimə tətbiq olunacaqdır. Ətraflı məlumat üçün sığortaedənlər uçotda olduqları Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına müraciət edə bilərlər”.

Xəbər 3195 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +