Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


24.02.2017  12:37 

Sabahın hava proqnozu açıqlandı - XƏBƏRDARLIQ





A+  A-

Şənbə günü, fevralın 25-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq.
Hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-6, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.
ETSN xəbərdarlıq edir ki, fevralın 26-sı gündüzdən 27-si səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlığa əsasən, fevralın 26-dan 27-dək Abşeron yarımadasında meteoroloji amillərin qısa müddətdə təzadlı tərəddüdü və gündüz güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, küləkli hava şəraiti fevralın 27-si səhərədək davam edəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Xəbər 5501 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +