Tramp və xanımı Melaniya Britaniyada səfərdədirlər
Ukrayna Belqorodu vurdu
Gürcüstan Azərbaycana olan borcunu tamamilə bağladı
Nazirlər ya telefonu götürmür, ya da... - Deputatdan sərt açıqlama
Prezident “Qarabağı“ təbrik edib
Tramp Polşa prezidentinə məktub göndərib
“Qarabağ” Bakıya qayıdıb
Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanılıb
Bakıda İsrail və Suriya görüşü keçiriləcək
Məktəbə gedən ana və iki övladını maşın vurub


25.07.2018  16:49 

Bankların durumu necədir?





A+  A-

Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 991 mln. manat, kredit potfeli 11 712 mln. manat, cəmi öhdəlikləri isə 24 087 mln. manat təşkil edib. Sektorun balans kapitalı 3 904 mln. manat, əhalinin əmanətləri isə 8 019 mln. manat olub. 2018-ci ilin ilk yarımilliyində bank sektorunun aktivləri 0.2% (70 mln. manat), balans kapitalı isə 5.2% (195 mln. manat) artıb.
XəzərNews.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, bank sektorunda maliyyə vasitəçiliyinin artması müşahidə olunur. Belə ki, cari ilin ilk yarımilliyində kredit portfeli 3.3% və ya 375 mln. manat (iyun ayı üzrə 1.4%, 160 mln. manat), fiziki şəxslərin cəmi depozitləri 6.3% və ya 477 mln. manat (iyun ayı üzrə 2.9%, 227 mln. manat) artıb. Daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri hesabat dövrü ərzində 9.7% və ya 505 mln. manat (iyun ayı üzrə 2.7%, 148 mln. manat) artıb.

Bank sektoru cari ilin ilk yarımilliyində 309 mln. manat əməliyyat mənfəəti generasiya edib. Bundan aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırmalar 258 mln. manat təşkil edib. Nəticədə, sektor cari ilin 6 ayında 36 mln. manat xalis mənfəət əldə edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 481 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti cari ilin 6 ayı ərzində 3.5% və ya 566 nəfər (iyun ayı üzrə 0.5%, 75 nəfər) artaraq 16 737 nəfər təşkil edib.

Xəbər 3343 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.09.2025  12:11 

Ukrayna Belqorodu vurdu

17.09.2025  10:49 

“Qarabağ” Bakıya qayıdıb

17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı


BÜTÜN XƏBƏRLƏR +