Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


16.05.2025  16:06 

“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi





A+  A-

ABŞ-nin Florida ştatında Uber sürücüsünün sərnişinləri silahla hədələməsi gündəm olub.

XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, hadisə, məşhur Miami rep ifaçısı Krissy Celess və onunla birlikdə səyahət edən qadın sərnişinin avtomobildə verdiyi bir şərhdən sonra baş verib.

Yayılan görüntülərdə sürücünün sərnişinlərdən birinin “çılğın gözlərin var” deməsinə əsəbiləşərək yüksək səslə qışqırdığı və silah çıxardığı görünür. Silahlı qadın sürücü, sərnişinləri avtomobildən düşməyə məcbur edib.

Krissy Celess hadisə ilə bağlı çəkilişləri sosial şəbəkədə paylaşaraq, “O, başqa bir sərnişinə zərər verməmişdən əvvəl yollardan uzaqlaşdırılmalıdır” sözləri ilə ictimaiyyətə səslənib.

Uber şirkəti açıqlamasında bu insidentin “son dərəcə narahatedici” olduğunu bildirərək, sürücünün platformadan uzaqlaşdırıldığını və araşdırma aparıldığını təsdiqləyib.

Florida Polisi Krissy Celess-in rəsmi şikayəti əsasında hadisə ilə bağlı istintaqa başlayıb.

Hazırda sürücü ilə bağlı hər hansı həbsetmə qərarı verilməyib.

Aylin
XəzərNews.az



Xəbər 3233 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +