“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


04.09.2021  10:22 

“İran amerikalılara qarşı sui-qəsddə maraqlıdır” - Blinken





A+  A-

Amerika Birləşmiş Ştatları İranın keçmiş və hazırkı məmurlar da daxil olmaqla, ABŞ vətəndaşlarına qarşı sui-qəsddə maraqlı olduğunu bilir.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken bildirib. ABŞ diplomatiyası rəhbərinin yazılı bəyanatını ABŞ Dövlət Departamentinin mətbuat xidməti yayıb.

“İyulun 19-da dediyim kimi, biz müstəqil jurnalistləri qorxutmaq və ya susdurmaq cəhdlərinə dözməyəcəyik”, - Blinken bəyan edib.

Cümə günü ABŞ hökuməti İrana qarşı sanksiyaların siyahısını genişləndirib və bu ölkənin daha dörd vətəndaşını ora əlavə edib. Amerika hakimiyyətinin fikrincə, İran əsilli amerikalı jurnalistin oğurlanması və ABŞ-dan çıxarılması məqsədi ilə sui-qəsdin təşkilində hər dörd nəfərin əli var.

İyulda ABŞ hakimiyyəti İranın xüsusi xidmət orqanlarını Nyu-Yorkda yaşayan İran əsilli amerikalı jurnalisti oğurlayıb ABŞ-ın hüdudlarından kənara çıxarmaq məqsədilə sui-qəsd təşkil etməkdə ittiham edib.

Tehran bu məsələ ilə bağlı ABŞ-ın irəli sürdüyü ittihamları qəti şəkildə rədd edib.



Xəbər 3522 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +