Almaniya: Macarıstan Putini həbs etməlidir
Sabiq professor vəfat etdi -FOTO
Meriyanın şöbə müdiri vətəndaşı təhqir etdi - Video
Trampın Putinlə görüşü Aİ-yə zərbədir?
“Azpulmat” əməkdaşı borcu ödəməyən müştərini təhqir etdi
Ən böyük mehdiyevçilər onlardır... - Sabiq deputat
“Mango”nun qurucusunu oğlu öldürüb
Pensiya yaşı artırılacaqmı? - Rəsmi açıqlama
Ramiz Mehdiyev bu villasındadır - Foto
Tramp və Zelenski raket tədarükünü müzakirə edəcək


16.10.2025  10:00 

Daha bir diaspor rəhbəri Rusiyadan çıxarılır





A+  A-

Ulyanovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri və qubernatorun müşaviri İslam Hüseynov Rusiya vətəndaşlığından məhrum edilib.

XəzərNews.az xəbər verir ki, yerli jurnalist Daria Kosarinovanın “Telegram” kanalında yaydığı məlumata görə, Hüseynovun Rusiya pasportu 14 oktyabr 2025-ci ildə FSB-nin qərarı ilə ləğv olunub və ona ölkəyə giriş qadağan edilib.

İslam Hüseynov 20 il əvvəl Ulyanovska köçüb və bu müddət ərzində bölgədə Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri olub. O, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nin rəhbəri, həmçinin qubernator yanında Millətlər Şurasının üzvü kimi fəaliyyət göstərib.

İ.Hüseynovun rəhbərliyi ilə Ulyanovskda bir sıra mədəni və təhsil layihələri həyata keçirilib, Heydər Əliyevin abidəsi ucaldılıb.

Bəzi mənbələrə görə, o, əvvəllər biznes fəaliyyətinə təzyiqlərlə bağlı narazılıq ifadə edib.

FSB-nin bu qərarının səbəbləri hələlik açıqlanmayıb. Hüseynovun hüquqi müdafiə imkanları və bu addımın diaspor fəaliyyətinə təsiri barədə məlumat verilmir.

Xəbər 4916 dəfə oxunub.




17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO

17.10.2025  11:02 

Putin Mehdiyevi niyə qurban verdi?

17.10.2025  10:13 

Bakıya leysan yağır


BÜTÜN XƏBƏRLƏR +