Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


04.08.2017  13:48 

Nəvəsini öldürən nənəni hansı cəza gözləyir?





A+  A-

Lənkəranda 5 günlük Mələk Nurullayevanın ölümü ilə bağlı müəmma dolaşarkən nənə Atifə Nurullayeva cinayəti törətdiyini etiraf edib. A.Nurullayeva istintaqa ifadəsində körpənin yatan yerdə bədəninə iynələr yeritdiyini deyib. Nənə bildirib ki, ailənin ikinci övladı da qız olduğu üçün onu öldürüb.
Bununla belə, bəzi ehtimallarda Mələyin atası Şaiq Nurullayev tərəfindən öldürüldüyü iddia edilir. Nənə A.Nurullayevanın məhz oğlunu qorumaq məqsədilə cinayəti öz üzərinə götürdüyü də istisna edilmir.

Çünki bu cinayətdə ata ağırlaşdırıcı hal olduğu nəzərə alınaraq ömürlük azadlıqdan məhrum edilə bilər. Azərbaycan Resublikasının Cinayət Məcəlləsinin 57-ci maddəsinə görə, ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək 65 yaşına çatmış kişilərə təyin edilmir. Məhz bu məqam A.Nurullayevanın özünü cinayətdə təqsirli bilməsi şübhələrini yaradır.

A.Nurullayeva öldürülən körpənin nənəsi olmaqla yanaşı, həmçinin körpənin anasının xalasıdır.

Əgər A.Nurullayevanın təqsiri sübuta yetirilərsə, onu hansı cəza gözləyir?

XəzərNews.az xəbər verir ki, vəkil Cavad Cavadov Modern.az-a deyib ki, A.Nurullayevanın cinayəti törətməsi sübuta yetirilərsə, qəsdən adam öldürmə maddəsilə ittiham olunacaq: “Cinayət Məcəlləsinin 120.1-ci maddəsində qəsdən adam öldürməyə görə 9 ildən 14 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Eyni zamanda, cinayəti başqa şəxs və ya şəxslərlə-ata, ana ilə əlbir olaraq törədibsə, Cinayət Məcəlləsinin 120.2 maddəsində 14 ildən 20 ilə qədər, yaxud ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulub. Amma qanunla qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin olunmur. Onun təqsiri sübuta yetirilsə belə, nənə ömürlük həbs cəzası almayacaq, amma maksimum cəza verilə bilər”.


Hüquqşünas bildirib ki, bu cinayətin təkbaşına törədilməsi inandırıcı deyil: “Bu işdə ən azından ananın, yaxud atanın razılığı olub. Bəlkə də cinayətdə bilavasitə iştirak ediblər. Əgər Cinayət Məcəlləsinin 120.2-ci maddəsilə onların əlbir cinayəti sübuta yetirilərsə, ata ömürlük azadlıqdan məhrum edilə bilər”.

Qeyd edək ki, hadisə ilə bağlı DİN də rəsmi məlumat yayıb. Rəsmi məlumatda bildirilib ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.

Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.

Hadisə yerinə gələn Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbər 2700 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +