Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


17.02.2021  17:11 

Cüdoçularımızın rəqibləri müəyyənləşdi





A+  A-

Sabah İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.
XəzərNews.az xəbər verir ki, 60 ölkənin 422 idmançısının qatıldığı yarışın püşkü atılıb. Azərbaycan yığmasının 15 üzvünün də iştirak edəcəyi turnirdə ilk rəqiblər müəyyənləşib.

Həmyerlilərimizdən 60 kq çəkidə mübarizə aparacaq Kəramət Hüseynov Eşli Makkenzi (İngiltərə), Davud Məmmədsoy almaniyalı Mortis Plafkla qarşılaşacaq. 66 kq çəkidə Orxan Səfərov Amit Boboviç (İsrail), Nicat Şıxəlizadə Petr Jukovla (Rumıniya) gücünü sınayacaq. Telman Vəliyevin (73 kq) rəqibi Likas Rayter (Avstriya) olacaq.

81 kq çəki dərəcəsində təmsilçilərimizdən Zelim Tskayev Ben Haroç (İsrail), Hidayət Heydərov Marsel Çerçea (Rumıniya) ilə üz-üzə gələcək.

Məmmədəli Mehdiyevin (90 kq) ilk rəqibi fransız Aurel Dissdi. 100 kq çəkidə Elmar Qasımov Yoahim Dvarbi (İsveç), Zelim Kotsoyev Boris Georgiyevlə (Bolqarıstan), + 100 kq çəkidə Uşangi Kokauri Ben Spiykers (Niderland), Camal Feyziyev isə Serafim Kompanyes (İsrail) ilə qarşılaşacaq.

Çəkisi 48 kq olan qızların yarışında hər iki idmançımız İsrail cüdoçusu ilə qarşılaşacaq. Leyla Əliyevanın rəqibi Şira Rişon, Aişə Qurbanlının rəqibi isə Tamar Soriano olacaq. Gültac Məmmədəliyeva (52 kq) isə braziliyalı Valentim Eleudislə qarşılaşacaq.

İdmançılarımızdan sabah mübarizəyə Kəramət Hüseynov, Davud Məmmədsoy, Nicat Şıxəlizadə, Orxan Səfərov, Leyla Əliyeva, Aişə Qurbanlı və Gültac Məmmədəliyeva (52 kq) qoşulacaq. Ertəsi gün Telman Vəliyev, Hidayət Heydərov, Zelim Tskayev, üçüncü gün isə Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Elmar Qasımov, Uşangi Kokauri və Camal Feyziyev qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarışa fevralın 20-də yekun vurulacaq.

Xəbər 3580 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +