Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


25.01.2021  11:23 

Əhali arasında populyar idman növləri açıqlanıb





A+  A-

Koronavirus pandemiyası bütün sahələrə olduğu kimi idmana da mənfi təsir göstərib.
XəzərNews.az xəbər verir ki, ilkin məlumatlara görə, 2021-ci ilin əvvəlinə Azərbaycanda idman qurğularının sayı 11,6 mini keçib. Əhali arasında futbol, voleybol, şahmat, atletika, dama, basketbol, sərbəst güləş, stolüstü tennis, karate, taekvondo və cüdo kimi idman növlərinə daha çox maraq göstərilir.

Ötən il ərzində yığma komandalarımızın idmançıları Macarıstanın Budapeşt şəhərində yeniyetmə və gənclər arasında keçirilən karate üzrə Avropa çempionatında 4 qızıl, 1 gümüş və 3 bürünc medal, İtaliyanın Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatında 2 qızıl, 2 gümüş və 9 bürünc medal, İspaniyanın Fuenxirola şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışlarında 2 qızıl, 4 gümüş və 3 bürünc medal qazanmış, digər beynəlxalq yarışlarda da yüksək nailiyyətlər göstəriblər.

İdmançılarımız tərəfindən olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda 60 qızıl, 46 gümüş və 86 bürünc olmaqla, ümumilikdə 192 medal əldə edib.

Xəbər 3515 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +