Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında təxribat
Sabiq deputat FHN-ni ittiham etdi
Nöqsana görə işdən çıxardığı polkovniki rəis təyin etdi
Tramp Lavrovu “boşboğaz” adlandırıb
Texasda ifrat sağçı namizəd Quranı yandırdı
Netanyahu “erməni soyqırımı“nı tanıdı
Sabah Azərbaycanda 39 dərəcə isti olacağı gözlənilir
Tramp Nobel Mükafatına ən yaxşı namizəddir - Vitkoff
Zaxarova: Qərb Zelenskiyə öz pulundan istifadə edərək...
Ağdama qatarla 12 manata gedəcəyik


09.08.2025  00:45 

Sülh müqaviləsi imzalandı... - Birgə bəyanat verildi





A+  A-

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ lideri Donald Tramp, Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli sənəd imzalanıb.

XəzərNews.az xəbər verir ki, sənəd üç ölkənin liderinin görüşündən sonra təsdiqini tapıb.

Beləliklə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik, bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük imkandır.

Ermənistanın Baş naziri Nikol Paşinyan birgə mətbuat konfransında deyib ki, bu görüş 30 illik münaqişəyə son qoyacaq:

"Buna görə ABŞ Prezidentinə təşəkkür edirik. İmzalanacaq sənədlər çərçivəsində Tramp marşrutu yaradılacaq, Naxçıvan və ümumilikdə bölgədə kommunikasiya yolları açılacaq".


ABŞ prezidenti Donald Tramp isə qeyd edib ki, bu, atəşkəs deyil, sülh müqaviləsidir, daimi olacaq.



Xəbər 1879 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2025  14:09 

Sabiq deputat FHN-ni ittiham etdi

27.08.2025  11:46 

Rusiya Xersonu oda bürüdü

26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +