Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


07.07.2025  09:55 

Azərbaycanda ən təbii qız mənəm - Pərvin Abıyeva





A+  A-

Aktrisa Pərvin Abıyeva sosial şəbəkə hesabında canlı yayım açaraq, izləyicilərin suallarını cavablandırıb.

Pərvin üzündə plastik əməliyyat etdirməsi haqda suala əsəbiləşib:

"Bu dəqiqə Azərbaycanda ən təbii qız mənəm. Qızlar 18 yaşı tamam olan kimi qaçıb burun kəsdirir, dodaq doldurur, dişlərini vinir edirlər. 35 yaşım olacaq, təbiyəm. Nə qaş qaldırmışam, nə üz doldurmuşam. Gözü, qaşı qaldırmaqdan qorxmuşam. Mimika itir. Heç saçıma keratin etməmişəm. Dodaqlarım da təbiidir. Məndə gel qalmır". Pepperoni pizza

Daha sonra aktrisa videonun rəy bölümündə görünüşündə heç bir abartılı əməliyyat olmadığını bildirib və bu tip şərhlərə təəccübləndiyini qeyd edib:

“Ay millət, sakitləşin! Bir diqqətlə qulaq asın, sonra fikir bildirin. Hamı şərhdə ac qurdlar kimi yazır ki, guya nələr etdirmişəm. Axı mən nə vaxt demişəm ki, heç nə etdirməmişəm?”

Aktrisa bildirib ki, qaş qaldırma, göz əməliyyatı, üz dolğusu və ya yanaq böyütmə kimi prosedurları etdirməyib:

“Qaş qaldırmamışam, göz kəsdirməmişəm, üzümü, alınımı doldurmamışam. Əlbəttə estetik var, amma hər şeyi qaydasında, abartmadan sevirəm”.

Pərvin Abıyeva hazırda 18-20 yaşlı qızların bir çoxunun xarici görünüş baxımından ondan daha çox müdaxilələr etdirdiyini vurğulayıb:

"Saç qaynaq, dırnaq qaynaq, burun əməliyyatı, bədən liposu... Bu yaşda! Saydıqlarımın hansı məndə var ki? Həmişə etdiklərimi paylaşmışam. Bilinməyənlər üçün deyirəm – burun əməliyyatımı 26 yaşımda eləmişəm. Dincəlin, ya da gəlin, bura qırışın”./Yenisabah.az

Xəbər 1224 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +