Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə


19.04.2021  13:08 

Qanunsuz ovla məşğul olanlar saxlanıldı





A+  A-

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə Qax rayonu Sarıbaş kəndinin yaxınlığında qanunsuz ovla bağlı daxil olan məlumat əsasında Xidmətin əməkdaşları tərəfindən 6 nəfər saxlanılıb.
XəzərNews.az-ın məlumatına görə, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, həmin şəxslərin silahlı olduğunu və Dağıstan turunun ovlanmasına ciddi şübhələr yarandığını nəzərə alaraq tərəfimizdən dərhal Qax rayon polis şöbəsinə müraciət olunub və ovçulara məxsus silahlar, müvafiq sübutlar polis şöbəsinə təqdim edilib.

Polis şöbəsi tərəfindən ilkin araşdırma aparıldıqdan sonra təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Xəbər 3696 dəfə oxunub.



25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +